SİZİN REKLAM BURADA!
055 213 76 73




Müğənni Yeganə Mürsəlova maraqlı açıqlamalar verib.

BAKU.WS xəbər verir ki. "ARB Ulduz”da yayımlanan "Şou məkan” verilişinin növbəti qonağı olan ifaçı şəxsi həyatından da söhbət açıb. O, boşanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

"Kim nə istəyir danışsın. Onlara cavab versəm, deyəcəklər ki, Yeganəyə təsir edir. Toyum olanda da çəkiliş aparılmasına icazə vermək istəmirdim. Bu, mənim şəxsi həyatımdır. Medianı toya qonaq kimi çağırdım. İndi hara gedirəm nikah şəhadətnaməmlə gəzim ki, ay camaat, mən boşanmamışam? Bunun insanlara aidiyyatı yoxdur. Qorxaq adam deyiləm. Heç həyat yoldaşımdan da qorxmuram. Ona hörmət edirəm. Bu dünyada paxıl da, eqoist də, insan sevməyən də var... Başqalarının ailə həyatı mənim üçün maraqlı deyil. Evimə gəldimsə, ancaq öz ailəmlə maraqlanıram. Lakin həmin insanların evində nə ailə, nə qohum-əqrəba sevgisi, nə bacı-qardaş məhəbbəti var. Başlayırlar başqalarının ailəsindən danışmağa”.
 
Qeyd edək ki, Yeganə Fatih Akbudak adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Cütlüyün Ömər adlı oğlu var
 
Aysel.Ş
BAKU.WS