VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tezliklə paytaxtda "Gənclik mall” TM-də Dolby Atmos texnologiyası ilə təchiz olunmuş regionun ən böyük "CinemaPlus” kinoteatrı açılacaq.  
 
BAKU.WS xəbər verir ki, xüsusi diqqəti 300 yerlik ən böyük eksklüziv zal çəkir. 

Dolby Digital Atmos texnologiyasının hesabına səs tamaşaçını hər tərəfdən əhatə edir, həmçinin zalın yuxarı hissəsindən. 
Səs müşayiətini kinoteatrın istənilən yerinə  yerləşdirmək və yerini dəyişmək imkanı hesabına Dolby Digital Atmos film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkan yaradır. 
 
Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur. 
 
Dolby Digital Atmos texnologiyası ilk dəfə 2012-ci ilin aprel ayında təqdim olunub və bütün Hollivud studiyaları tərəfindən istifadə olunur. 
Bu texnologiya ilə "Oskar” mükafatına layiq görülmüş 11 rejissor və 23 səs rejissoru işləyir. Bu günə kimi, bütün dünya üzrə 300-dən artıq kinoteatr bu texnologiyaya keçib. Tezliklə dünyanın bütün iri kinoteatrları Dolby Digital Atmos texnologiyasından istifadə edəcəyi gözlənilir. 
 
Qeyd edək ki, Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində "CinemaPlus” kinoteatrının açılışı keçirilib. 
 
Kinoteatr Nizami 8 ünvanında, "Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir. 
Həmçinin "CinemaPlus” 28 Mall,  Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir. 
Daha ətraflı məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni "CinemaPlus” mobil əlavəsini yükləyin. 
 
 

Aytən Həsənova
BAKU.WS