VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prodüser Tolik (Tarix Əliyev) Vüsal adlı kimsəsiz uşağı öz himayəsi altına alıb.
 
BAKU.WS xəbər verir ki, hadisələr "Bizə danış” verilişində baş verib. Prosdüser bununla bağlı "İnstagram” bloqunda paylaşım da edib.

"Mən də Allah bəndəsiyəm. Valideynlərim ayrılsalar da, atam və anam məni çox yaxşı böyüdüblər. Amma vaxtilə qohumlarım evlərinin qapısını belə üzümə açmırdılar. Lakin onlar indi məni nəinki öz evlərində görmək, hətta adımı yeri gəldi-gəlmədi hər yerdə çəkirlər. Mənə onların yox, Allahın belə (paylaşdığı videoda oğlan uşağını nəzərdə tutur-red) mələk bəndələrinin sevgisi lazımdır.

Allah şahidimdir, maddi imkanım olsa, hamıya dəstək olaram. Amma mən təkəm, onlar çox... Onu da deyim ki, imkanlı ailələrin övladları var, mən hər hansı bir layihə edəndə, onlar xeyriyyə məqsədilə köməklik göstərirlər. Amma heç bir vaxt qoymurlar ki, adları çəkilsin, bunu kimsə bilsin.

Allah Vüsala gözəl ailə qismət eləsin. Ona söz vermişəm ki, 3 ay hazırlıqlarının ödənişini edəcəyəm. Ona böyük qardaş olacağam. Amma o da oxusun, öz gücünə ayağa qalxsın, onu incidən qohumları da onun uğurlarına həsədlə baxsınlar”, - deyə Tolik qeyd edib.

Verilişdən olan videonu oxuculara təqdim edirik:

Aysel.Ş
BAKU.WS