SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzu Jan Klod Van Dammın azərbaycanlı gəlini Suada Hacızadə sosial şəbəkədə yeni paylaşım edib. 

BAKU.WS xəbər verir ki, o, instaqram hesabında həyat yoldaşı Krisin anası Qledis Portuqesi 65 yaşı tamam olması münasibətilə təbrik edib.

Suada qayınanasının şəklini paylaşaraq onun ünvanına xoş sözlər yazıb: "Ad günün mübarək, Qledis ana... 65 yaşda hələ belə yaxşı görünən olmamışdı. Hər zaman qəlbin parıldasın və insanları həmişə belə təbəssümlə qucaqlayasan. Mən səni sevirəm".

Xatırladaq ki, Qledis Portuqeslə Jan Klod Van Damm 1987-ci ildə ailə qurublar. Onların 1987-ci ildə oğulları Kristofer Van Damm, 1990-cı ildə isə qızları Byanka Bricit dünyaya gəlib. Bundan sonra cütlük 1992-ci ildə boşanıb, 1999-cu ildə isə yenidən evlənib.

Hazırda 65 yaşlı Qledisin oğlu Kristofer Van Damm azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlidir. Suada Hacızadə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadənin qızıdır. 

Zöhrə Pənahi
BAKU.WS
QALEREYA