Xalq artisti ölümdən döndü: "Deyirdilər ki, pul xərcləməyə dəyməz" - FOTO

Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz atası ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, atasının səhhətinin artıq yaxşılaşdığını deyib. Şəfəq instaqram hesabında Ramiz Novruzun şəkillərini paylaşaraq bunları yazıb:
"Məndən atamı çox soruşursunuz. Şükür, dualarımız öncə Allahın, sonra isə Heydər Əliyev fondunun köməkliyi ilə yerinə yetdi. Təşəkkürümü, bilmirəm, necə bildirim. Bizim çəkdiklərimizi heç kim bilmədi.
Heydər Əliyev fondu bizi düzgün ünvana yönəltdi. Maddi olaraq yox, mənəvi çox aciz və əlacsız bir vəziyyətdə idik. Niyə aciz və əlacsız? Bizə bəzi həkimlər çox üzücü bir xəstəlik tarixçəsi demişdi. Hətta "pul xərcləməyə belə dəyməz, gözləyin, nə qədər yaşayar, yaşayar" dedilər. Bəzən pul belə insana kömək etməyə bilər..."
Qalereya
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...
