Rəqsanə İsmayılovadan qızı Aysuna bahalı toy hədiyyəsi - VİDEO

Müğənni Rəqsanə İsmayılova yeni görüntüləri ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi ötən ay ailə həyatı quran qızı Aysun İsmayılovaya bahalı hədiyyə bağışlayıb. Qızının toyunda iştirak edə bilməyən İsmayılova ilk övladına bahalı üzük verib. O, Aysunu ailə qurması münasibətilə yenidən təbrik edib.
Qeyd edək ki, Aysun həyat yoldaşı Eşqin Cəlilovla bu ilin yanvarında nişanlanıb, daha sonra onunla kəbin kəsdirib. Aysun açıq məkanda keçirilən toyları sevdiyindən cütlüyün toyu yay fəslində baş tutub.
Onlar iyunun 30-da dəniz sahilində yerləşən məkanlardan birində təmtəraqlı toy ediblər. Rəqsanə xəstə olduğundan toyda iştirak edə bilməyib.
Oxşar xəbərlər
Aysun İsmayılovanın TOYUNDAN GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Bu gün müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın toyudur. BAKU.WS xəbər verir ki, Eşqin adlı bəylə ailə həyatı quran Aysunun şad günü paytaxt məka...