Roza Zərgərlidən evlə bağlı AÇIQLAMA - VİDEO

"Bu dövlətin övladı, vətəndaşıdır. Dövlət də bunu təmin edib. Buna sevinmək lazımdır. Camaat ağzına gələni yazır. Mənə verməyib evi. Gəncdirlər, evlənəsidirlər. Bəs harada saxlayacaqlar ailələrini? İndi müğənni olub qələt etmişik, övladlığa uşaq götürmüşük? Götürmüşük, təhsil vermişik, əsgərliyini çəkib".
BAKU.WS xəbər verir ki, bu sözləri BAKU.TV-yə açıqlamasında müğənni Roza Zərgərli deyib. Sənətçi övladlarına ev verilməsinə etiraz edənlərə sərt ismarıc göndərib:
"Ev verilən birinci uşaq deyil ki... Uşaq evindən çıxanların hamısı evlə, işlə təmin olunur. Bu uşaqların bəxti gətirib mənim ailəmə düşüblər. Burada nə pis şey var? Hər zaman açıqlamalarımda demişəm ki, onlar mənim övladlıqlarım deyil, övladlarımdır. İkinicisi isə rəsmi olaraq himayədaram. Bunu sübut edən sənədlər var".
Ətraflı videoda:
Oxşar xəbərlər
Roza Zərgərli: “Corcu niyə Mehmanla müqayisə edirsiz?” - VİDEO
Bir neçə gündür ki, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarovun Qaraçuxur bələdiyəsinə üzv seçilməsi müzakirələr yaradıb. Hazırda “İmtahan” serialında rol alan...