Samir Bağırov: "Mənə özümü qadın kimi hiss etməyə vadar etdi"
Müğənni Samir Bağırov yeni açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi müsahibələrindən birində şəxsi həyatından danışıb. Bağırov özünü qadın kimi hiss etdiyini bildirərək hər kəsi təəccübləndirib:
"Bizim nəslimizdə ana və ata tərəfdən oğlan uşağı olmayıb. Hamısının qız övladı doğulub. Məni də uşaqlıqdan hər kəs qıza oxşadırdı. Bu da mənə özümü qadın kimi hiss etməyə vadar etdi. Həyatda böyük yanlışlarım çox olub. Amma artıq ömrün yarısına gəlmişəm. Bundan sonra özümü axırıncı yola qoyub, gündəmə gəlmək istəmirəm. Axı, mən çox güclü musiqiçilərdən dərs almışam!".
Qeyd edək ki, Samir dəfələrlə sənətdən getməsinə baxmayaraq, pərəstişkarlarının ona olan sevgisi və rəğbəti dəyişməz olaraq qalıb.
Oxşar xəbərlər
Azərbaycanlı məşhurların sosial şəbəkə qazancları: 3 MİN - 61 MİN AZN - SİYAHI - FOTO
Yerli sənət aləmindəki məşhurların, əsasən də müğənnilərin gəlir mənbəyi toylardır. Onlar qazancının xeyli hissəsini təmtəraqlı məclislərdə, o cümlədən şou-proq...