VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Pərvin Abıyeva bu dəfə də qalmaqallı geyimi ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, ötən gün müğənni Aysun İsmayılovanın yeni butikinin açlışına qatılan aktrisa cazibədar görünüşü ilə bütün diqqətləri üzərinə toplayıb.  

Belə ki, Abıyevanın geyindiyi yaşıl rəngli libas dərin kürək dekoltesi, eyni zamanda qiyməti ilə müzakirələrə səbəb olub. 

Aktrisanın seçdiyi geyim "Mango" brendinə aiddir. Libasın qiyməti də açıqlanıb. Abıyeva bu geyim üçün cəmi 46 dollar (təxminən 79 AZN) xərcləyib.

Onun yaşıl donunun qiyməti istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.

İzləyicilər "Dindirsən deyəcək "Neçə min avroya almışam", "2000-3000 olsa idi paltar top atəşinə tutulmuşdu", "Özündən soruş deyəcək "7900 dollara almışam", "Soruşsan ağzını əyib 5000 manat deyəcək" kimi sözlər yazaraq, Pərvinin geyimlərinin qiymətini şişirdiyini vurğulayıblar.

 

 

 


BAKU.WS
QALEREYA