Aparıcı Vüsalə Əlizadənin qızı Dilək ibtidai sinfi bitirib. 

BAKU.WS xəbər verir ki, bu haqda o, sosial şəbəkədə bildirib. Əlizadə şəxsi instaqram hesabında məzun geyimində olan qızı ilə yeni fotolarını paylaşıb. 

Aparıcı şəkillərə yeganə övladı ilə bağlı xoş sözlərini də əlavə edib:

"Bəli, ikimiz əl-ələ tutub yaşam yoluna çıxdıq, bir gəzdik, bir danışdıq, bir öyrəndik, bir ağladıq, bir güldük, bir böyüdük… Şükürlər olsun Allahıma, bunu da bacardıq, bu gün biz ibtidai sinifdən məzun olduq. Həm sevincli, xoşbəxt, həm də kövrəyik bu gün...

Dünya malına bədəl balam, Allahdan tək diləyim sən Diləyimi sağlam, xoşbəxt, ağıllı və öz ayaqları üzərində dura biləcək gücə sahib bir xanım görməkdir. Çox xoşbəxt ol, mənim pamuk prensesim, ali məktəbdən məzun ol inşallah..."

BAKU.WS
QALEREYA