SİZİN REKLAM BURADA!
055 213 76 73


1971-ci ildə Keloğlan obrazı ilə yadda qalan Rüştü Asyalı uzun müddətdir ki, hər kəsdən uzaq tənha həyat sürür. Yeşilçamın ən yadda qalan filmlərindən biri də, şübhəsiz ki, Keloğlandır. 

Keloğlan filmində Rüştü Asyalı, Birtane Güngör, Hulusi Kentmen, Kayhan Yıldızoğlu, Suna Pekuysal, Aydın Babaoğlu, İhsan Yüce ve Arap Celal rol almıştı.

BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, bir vaxtların sevimli obrazı olan “Keloğlan” bu gün çox fərqli bir görünüşə sahibdir.

Onun qocalması bir yana, saç və saqqal vəziyyəti də tamam dəyişib.

1947-ci ildə Elazığın Ağın rayonunda anadan olan Rüştü Asyalı şagird ikən Ankarada teatr kurslarına qatılaraq peşəyə ilk addımını atıb.

1963-cü ildə Ankara Radiosu Uşaq Saatı komandasında iştirak edən Asyalı mikrofonla tanış olur. Daha sonra Ankara Dövlət Konservatoriyasının teatr bölməsinə imtahan verərək ora daxil olur.

Asyalı 1970-ci ildə təhsilini başa vurduqdan sonra Ankara Radiosu Uşaq Saatında Dövlət Teatrının aktyoru kimi "Keloğlan" tamaşalarını oynamağa başlayır.

"Keloğlan" tamaşaçılar tərəfindən bəyənildikdən sonra rejissorların təklifi ilə kinoteatrlarda yayımlanır.

1971-1975-ci illər arasında çəkilmiş dörd "Keloğlan" filmi ilə böyük ad-san qazanan Rüştü Asyalı daha sonra "Yaman Delikanlı" və "Dangalak" filmlərində rol alıb.

 Son olaraq Rüştü Asyalı 2002-ci ildə ekranlara çıxan “Ben Bir İnsan” filmində rol alıb.

BAKU.WS