“Eurovision 2022”də finala yüksələn 10 ölkə müəyyənləşib - VİDEO

İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatıb.
BAKU.WS xəbər verir ki, Turin şəhərinin ev sahibliyi ilə keçirilən “Eurovision 2022”nin ilk yarımfinalında 17 ölkənin - Latviya, Ukrayna, İslandiya, Avstriya, Danimarka, İsveçrə, Albaniya, Moldova, Xorvatiya, Yunanıstan, Litva, Norveç, Sloveniya, Bolqarıstan, Niderland, Portuqaliya və Ermənistanın təmsilçiləri çıxış edib.
Çıxışlardan sonra səsvermə keçirilib və ən çox səs toplayan 10 ölkə final mərhələsinə yüksəlib.
Həmin ölkələr Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistandır.
Azərbaycan təmsilçisi Nadir Rüstəmli ikinci yarım finalda - 12 may tarixində "Fade To Black" adlı mahnı ilə çıxış edəcək.
Oxşar xəbərlər
“Youthvision 2018” III Beynəlxalq Mahnı müsabiqəsinin qalibi oldu FOTO
Bakı şəhərində “Elektra Events Hall”-da “Həmişə gənc” şüarı altında “Youthvision 2018” Beynəlxalq mahnı müsabiqəsi keçirilib.BAKU.WS xəbər verir ki, müsabiqə Az...
