SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Natəvan Həbibi Rusiyada ev alacaq.

BAKU.WS xəbər verir ki, ifaçı axşam.az-a açıqlamasında bu hadqa danışıb."Sanatoriya olan yerlərdə çox oluram. Burada həm dincəlirəm, həm də orada işim var. Yesuntikidə, Kislovodskidə tez-tez oluram. Yaxın günlərdə oralarda ev almağı düşünürəm. İstəyirəm, evim olsun, gedəndə orada qalım” – deyə N.Həbibi bildirib.

Yeri gəlmişkən, əlavə edək ki, N.Həbibi ötən ilin oktyabrında İstanbulda mənzil almışdı. İfaçı alış-veriş sevgisindən bəhs edib. O, pulunu daha çox geyimə xərclədiyini bildirib:

"Pulum ancaq geyimə gedir. Ən çox çanta və ayaqqabı alıram, özü də bahalı olur. Geyim daha rahatdır. Ucuz və saxta ayaqqabını heç vaxt geyinə bilmərəm”. 

BAKU.WS