SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Məşhur televiziya rəhbəri, prodüser Acun İlıcalı həyat yoldaşı ilə boşanıb. 
 
BAKU.WS məlumat verir ki, cütlük yanvar ayında boşanmaq qərarına gəlib. Ötən gün baş tutan məhkəmə prosesinda Acun həyat yoldaşı Zeynep İlıcalıdan boşanıb. Məhkəmə prosesi 10 dəqiqə çəkib. 
 
Məhkəmənin qərarı ilə övladlarının qəyumluğu Zeynep İlıcalıya verilib. Acun övladlarına aylıq 75 min TL (40 320 azn), həyat yoldaşına da 75 min TL aliment ödəyəcək. Zeynep İlıcalının övladları ilə yaşadığı ev ona qalacaq. Bundan əlavə, Acun Mayami, Bodrum, Beykoz və Zorlu Center-dəki evlərini də həyat yoldaşına verib. 
 
Acunun sevgilisi Şeyma Subaşı isə onların boşanma xəbərini "Snapchat"-da foto paylaşaraq qeyd etdi. Ş.Subaşının barmağında tək qaş üzük olan fotosunun üzərinə "Boşandılar" yazması izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. 
 
BAKU.WS