Aynişan Quliyeva: "Bizi otağa salıblar, çıxmağa icazə vermirlər" - VİDEO

Aynişan Quliyeva: Bizi otağa salıblar, çıxmağa icazə vermirlər - VİDEO
Video
Şou-biznes 7784

Avropaya istirahətə yollanan Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyevadan xəbər var.

BAKU.WS xəbər verir ki, sonuncu dəfə Avstriyanın paytaxtı Vyanadan paylaşım edən blogerin otaq yoldaşında virus aşkarlanıb.

Onun COVID-19 testi müsbət çıxıb. Yoluxan xanımla Aynişana otaqda qalmalarını, çölə çıxmamalarını tapşırıblar. Bu haqda bloger sosial şəbəkə hesabında bildirib. O, video paylaşaraq burada hamının onlardan qorxduğunu deyib:

"Oteldə hamı bizdən qorxur. Bizi otağa salıblar, çıxmağa icazə vermirlər. Gecə çay götürmək üçün aşağı düşdüm. Orada mühafizəçi var idi. Məni görəndə qorxdu".

Oxşar xəbərlər

Əməkdar artistin bloger qızının Avropa səyahətindən GÖRÜNTÜLƏR - FOTO

Əməkdar artistin bloger qızının Avropa səyahətindən GÖRÜNTÜLƏR - FOTO

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva bir müddət əvvəl Avropaya istirahətə yollanıb. BAKU.WS xəbər verir ki, 2022-ci ili Fransanın pay...

4136 Şou-biznes 11:05 12 yanvar 2022

Son xəbərlər