Müğənni Faiq Ağayev Space Tv-nin Oyun və Kino (OK) verilişinin qonağı olub. 
 
BAKU.WS-in məlumatına görə, müğənni efir zamanı aparıcı ilə oyun konsulunda boks matçı oynayıb. Aparıcı Ümid Süleymanov müğənni ilə "Playstation" konsolunda güclərini sınayıb.
 
Maraqlısı ondadır ki, Faiq Ağayev oyunda rəqibə öz silueti olan idmançı ilə mübarizə aparıb. Oyunda aparıcı Faiq Ağayevi nakauta salaraq qələbə qazanıb. Revanş oyununda isə Faiq Ağayev qələbə qazanaraq uğurlu geridönüş edib.
 
BAKU.WS