Klopp Almaniya millisinə rəhbərlik etməyə razılaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
Yurgen Klopp Almaniya milli komandasının baş məşqçisi olmağa razılıq verib.
BAKU.WS xəbər verir ki, bu barədə insayder-jurnalist Fabritsio Romano özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Mənbə bildirir ki, uzunmüddətli müqavilənin detalları və Kloppun "Red Bull" sistemindən ayrılması şərtləri hələ də müzakirə olunur, lakin 59 yaşlı mütəxəssis "Bundestim"in yeni baş məşqçisi olacaq.
Qeyd edək ki, Yurgen Klopp 2025-ci ildən etibarən "Red Bull"un beynəlxalq əlaqələr üzrə direktoru vəzifəsində çalışır və onun bu şirkətlə müqaviləsi 2029-cu ilin sonuna qədərdir.
Xatırladaq ki, iyulun 3-də Almaniya Futbol İttifaqı (DFB) Yulian Naqelsmannla müqaviləyə vaxtından əvvəl xitam verildiyini elan etmiş və Kloppla danışıqlara başlamaq niyyətində olduğunu bildirmişdi.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...