İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi açıqlanıb
Muğanlı–İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində iyulun 4-də iki nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbi bəlli olub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
İlkin araşdırmalar zamanı əldə olunan məlumatlara əsasən, hadisənin sürücünün diqqətinin mobil telefona yönəlməsi nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Qurum bir daha sürücülərin diqqətinə çatdırıb ki, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə diqqətin yayınmasına, yol şəraitinin düzgün qiymətləndirilməməsinə və ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan ən ciddi risk amillərindən biridir.
Qeyd edək ki, Zaqatala rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Süleymanovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən körpünün orta hissəsində yerləşən beton maneəyə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, 1959-cu il təvəllüdlü Elmira Duxiyeva hadisə yerində həyatlarını itiriblər.
Oxşar xəbərlər
Sabirabadda avtomobilin vurduğu piyada ölüb
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS report-a istinadən xəbər verie ki, hadisə şəhərin M.S. Ordubadi küçəsində...