38 yaşını qeyd edən Elnarəyə sürpriz: "Şokdayam..." (VİDEO)

38 yaşını qeyd edən Elnarəyə sürpriz: Şokdayam... (VİDEO)
Video
Şou-biznes 9428
Müğənni Elnarə Xəlilova doğum günü ərəfəsində xoş sürprizlə qarşılaşıb. BAKU.WS-in məlumatına görə, ifaçını tələbələri fərqli formada təbrik ediblər. Sevincini BAKU.WS-lə bölüşən E. Xəlilova bunları deyib:"Tələbələrim qəfldən məni bir məkana çağırdılar. Bəzəndim-düzəndim getdim həmin yerə və gördüm ki, əməlli-başlı mənə sürpriz hazırlayıblar. Həqiqətən də çox xoş oldu. Düzünü desəm, doğum günündə sevdiklərindən nələrsə gözləyirsən, amma onlara qıymırsan. Görünür ki, onlar düşünüblər ki, bunu mütləq etmək lazımdır. Sağ olsunlar! Çox şadam ki, onların diqqətindəyəm, sevilirəm. Onların təbriki mənə dünyanları verdi. Hələ də şokdayam".Xatırladaq ki, 1980-ci il oktyabrın 1-də anadan olan müğənni Elnarə Xalilovanın bu il 38 yaşı tamam olur. Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər