Yeni ana olan Elnarə: “Özümü yaxşı hiss etmirdim”
Ötən gün Dövlət Gömrük Xəstəxanasında dördüncü dəfə ana olan Elnarə Xəlilova özünü yaxşı hiss edir.
BAKU.WS xəbər verir ki, ifaçı "İnstagram” bloqunda paylaşdığı fotolarından birinə "Dünən əməliyyatımın ilk günü idi, özümü yaxşı hiss etmirdim. Bu gün isə özümü çox yaxşı hiss edirəm. Artıq durub, gəzmişəm, çox yaxşıyam. Allah bütün xəstələrin şəfasını versin”, - qeydini yazıb.
Xatırladaq ki, Elnarə xalq artisti Faiq Ağayevlə səsyazma studiyasında mahnı yazdırıb. Studiyadan çıxan zaman yıxılıb. Ciddi zədə almayan müğənnini evə gətiriblər.
İyulun 14-də gecə saat 03:33-də isə uşaq dünyaya gəlib. Qeysəriyyə yolu ilə doğulan körpənin boyu 52 sm, çəkisi 3.600 kq-dır. Elnarə üçüncü oğluna Ərtoğrul adını qoyacağını açıqlayıb.
Xatırladaq ki, Elnarə Xəlilova telejurnalist Rövşən Cahangirovla ailəlidir. Onların Burlaxatun adlı 1 qızı, Tuğər və Öndər adlı 2 oğlu var.
BAKU.WS
Oxşar xəbərlər
Elnarə yıxıldı, 4-cü uşağı doğuldu
Müğənni Elnarə Xəlilovanın dördüncü övladı doğulub. Ötən gecə onun üçüncü oğlan övladı dünyaya gəlib. BAKU.WS lent.az-a istinadən bildirir ki, dünən Elnarə xal...