"Tülkü həccə gedir" - Atışma davam edir - FOTO

Tülkü həccə gedir - Atışma davam edir - FOTO
Şou-biznes 9802
Müğənni Elnarə Xəlilovanın "Instagram"dakı son paylaşımı izləyicilərinin diqqətini cəlb edib.BAKU.WS xəbər verir ki, müğənni sosial şəbəkə hesabında bu dəfə "Tülkü həccə gedir" cizgi filmindən bir fraqment paylaşıb. E. Xəlilova paylaşımına belə şərh verib: "Tülkü həccə gedir. Azərbaycan istehsalı".Məşhurun izləyicilərindən biri isə yazdığı şərhdə qeyd edib ki, "İndi Röya deyəcək ki, mənə deyirsən". Elnarənin cavabı özünü çox gözlətməyib. O, izləyicisinə "Ona demirəm" cavabını yazıb. Qeyd edək ki, bir müddətdir müğənni Elnarə Xəlilova ilə əməkdar artist Röya Ayxanın münasibətləri yenidən gərginləşib. BAKU.WS

Son xəbərlər