SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminov sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, yeni ailə həyatı quran sənətçi instaqram hesabında həyat yoldaşı Leyla ilə yeni şəkillərini paylaşıb.

Yoldaşını 23 yaşı münasibətilə təbrik edən Fərid fotoya ürək sözlərini də əlavə edib:

"Mənim hörmətli həyat yoldaşım, ad günün mübarək. Həmişə sağlam və xoşbəxt olmağını arzu edirəm. Sağ ol ki, varsan həyatımda..."

Cütlüyün bu fotosu sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Onların şəklinə qısa müddətdə çoxsaylı şərh və bəyənmə gəlib.

Qeyd edək ki, Qurdun toyu noyabrın 14-də keçirilib. Onun həyat yoldaşı Leyla azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.

Xatırladaq ki, bu, Fəridin ikinci evliliyidir. Onun ilk ailə həyatından iki oğlu var.

BAKU.WS
QALEREYA