"Qurd" toyundan sonra ilk dəfə həyat yoldaşı ilə - FOTO

Qurd toyundan sonra ilk dəfə həyat yoldaşı ilə - FOTO
Şou-biznes 1141

"Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminov sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, yeni ailə həyatı quran sənətçi instaqram hesabında həyat yoldaşı Leyla ilə yeni şəklini yayımlayıb. Fərid görüntüyə türk dilində "Mutluyuz" qısa şərhini də əlavə edib. Cütlüyün bu fotosu sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Onların şəklinə qısa müddətdə çoxsaylı şərh və bəyənmə gəlib.

Qeyd edək ki, "Qurd"un toyu noyabrın 14-də keçirilib. Onun həyat yoldaşı Leyla azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır. Bu, Fəridin ikinci evliliyidir. Onun ilk ailə həyatından iki oğlu var.

Oxşar xəbərlər

Repçi Qurdun toyundan görüntülər - FOTO/VİDEO

Repçi Qurdun toyundan görüntülər - FOTO/VİDEO

Ötən gün "Qurd" ləqəbli repçi Fərid Eminovun toyu olub. BAKU.WS xəbər verir ki, repçi ailə üzvlərini, yaxınlarını və dostlarını başına yığaraq özünə toy mərasi...

1436 Şou-biznes 10:05 25 noyabr 2021

Son xəbərlər