Yeni evlənən Qurd həyat yoldaşının 23 yaşını belə təbrik etdi - FOTO

Yeni evlənən Qurd həyat yoldaşının 23 yaşını belə təbrik etdi - FOTO
Foto
Şou-biznes 6877

"Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminov sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, yeni ailə həyatı quran sənətçi instaqram hesabında həyat yoldaşı Leyla ilə yeni şəkillərini paylaşıb.

Yoldaşını 23 yaşı münasibətilə təbrik edən Fərid fotoya ürək sözlərini də əlavə edib:

"Mənim hörmətli həyat yoldaşım, ad günün mübarək. Həmişə sağlam və xoşbəxt olmağını arzu edirəm. Sağ ol ki, varsan həyatımda..."

Cütlüyün bu fotosu sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Onların şəklinə qısa müddətdə çoxsaylı şərh və bəyənmə gəlib.

Qeyd edək ki, Qurdun toyu noyabrın 14-də keçirilib. Onun həyat yoldaşı Leyla azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.

Xatırladaq ki, bu, Fəridin ikinci evliliyidir. Onun ilk ailə həyatından iki oğlu var.

Oxşar xəbərlər

"Qurd" toyundan sonra ilk dəfə həyat yoldaşı ilə - FOTO

"Qurd" toyundan sonra ilk dəfə həyat yoldaşı ilə - FOTO

"Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminov sosial şəbəkədə yeni paylaşım edib. BAKU.WS xəbər verir ki, yeni ailə həyatı quran sənətçi instaqram hesabında həy...

1141 Şou-biznes 13:55 14 dekabr 2021

Son xəbərlər