Səidə Dadaşova mərhum həmkarından yazdı: "Sənsizlik yaman çətindir"- FOTO

03
dek
2021
18:03
Müğənni Səidə Dadaşova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında bir müddət əvvəl ağır yol qəzasında həyatını itirən həmkarı Aslan Hüseynovla çəkilən fotolarını yayımlayıb.
İfaçı şəkillərə "Sənsizlik yaman çətindir, doğmadan da doğmam..." sözlərini də əlavə edib.
Qeyd edək ki, Aslan Hüseynov bu ilin mayında anasının 7 mərasimindən sonra Gəncədən Bakıya gələrkən avtomobil qəzasına düşüb. Təcili olaraq xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və sənətçi vəfat edib.
Qalereya
Oxşar xəbərlər
Məşhurların həftəsonu istirahətləri - FOTO
Şou-biznes nümayəndələri sosial şəbəkədə keçirdikləri həftəsonu ilə bağlı paylaşımlar ediblər. BAKU.WS xəbər verir ki, onlar “Instagram” hesablarında istirahətl...