Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında qadına qarşı zorakılıq mövzusu ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, sənətçi şiddətə məruz qalan qadınlara bu əziyyətə səssiz qalmamağı, aidiyyəti qurumlara müraciət etməyi məsləhət görüb:

“Heç kim düşünməsin ki, qadın zəifdir və onu əzə bilər. Bəzi hallarda yanınızdakı dostlar “heç nə edə bilməzsən”, “onsuz da həmişə belə olacaq”, “Döz! Döz! Döz!” deyəcək. Axırda da gəlib hamının qarşısında səni öldürür. Ona görə də heç kimə qulaq asmayın.

Hər bir insanın qorxduğu yer, şəxs var, əlbət. Ən əsası qanun var. Nə badə siz şiddət görüb də susasınız. Anında lazımi qurumlara müraciət edin. Mən də sizin yanınızdayam!”

BAKU.WS