Müğənni və bəstəkar Pərviz Mahmudov xəstəxanaya yerləşdirlib.

Bu haqda BAKU.WS-ə danışan sənətçinin həyat yoldaşı Ayşə Əliyeva hazırda onun reanimasiyada olduğunu bildirib:

“Beyninə qan sızmışdı. Təcili olaraq xəstəxanaya apardıq. Həkimlərin sözlərinə görə hazırda vəziyyəti stabildir. Onlar əllərindən gələni edirlər. Amma hələ ki, Pərviz reanimasiyadadır”.

Xatırladaq ki, Pərviz Mahmudov Brilliant Dadaşova, Aygün Kazımova və Röya Ayxan kimi Xalq artistlərinə mahnı bəstələyib.

BAKU.WS