Azərbaycanlı müğənninin beyninə qan sızdı, reanimasiyaya yerləşdirildi - FOTO

Azərbaycanlı müğənninin beyninə qan sızdı, reanimasiyaya yerləşdirildi - FOTO
Şou-biznes 1965

Müğənni və bəstəkar Pərviz Mahmudov xəstəxanaya yerləşdirlib.

Bu haqda BAKU.WS-ə danışan sənətçinin həyat yoldaşı Ayşə Əliyeva hazırda onun reanimasiyada olduğunu bildirib:

“Beyninə qan sızmışdı. Təcili olaraq xəstəxanaya apardıq. Həkimlərin sözlərinə görə hazırda vəziyyəti stabildir. Onlar əllərindən gələni edirlər. Amma hələ ki, Pərviz reanimasiyadadır”.

Xatırladaq ki, Pərviz Mahmudov Brilliant Dadaşova, Aygün Kazımova və Röya Ayxan kimi Xalq artistlərinə mahnı bəstələyib.

Oxşar xəbərlər

Son xəbərlər