VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümid Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə nişanlanıb.

BAKU.WS xəbər verir ki, atası ilə "Günün sədası" proqramına qonaq olan Ümid Fatimə ilə tanışlığından danışıb. O, bu sevginin musiqidən yarandığını etiraf edib:

"Ataya bunu etiraf etmək çətin oldu. Bizi birləşdirən musiqi idi. Onun nə qədər dəyərli olduğunu bir daha anladım. Bilənlər bilir ki, Fatimə də oxuyur, səsi var. Musiqi söhbətləri ilə yaranan münasibətdir bizimki. Musiqidən yaranan sevgi oldu. Bir ilə yaxındır münasibətimiz var. Notlarla bağlı söhbətdən yarandı".

Ümidin atası Natiq Şirinov Alim Qasımov icazə verdikdən sonra gənclər arasındakı münasibəti rəsmiləşdirdiyini bildirib:

"Allah ondan və ailəsindən razı olsun. Gözləmirdim ki, bu ola bilər. Bir-birilərini sevirdilər. Nəyəsə görə ehtiyat edirdik, icazə vermirdik. Sevgiylə olan münasibətdir. İki gəncin bir-birini sevməsi idi, Alim müəllim də icazə verdi".

Qeyd edək ki, Fatimə Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın isə qızıdır. 

BAKU.WS
VİDEO

QALEREYA