SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabrın 21-dən etibarən Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubayda yeni əyləncə çarxı ictimaiyyətin istifadəsinə verilib.

BAKU.WS xəbər verir ki, Dubay vəliəhdi Şeyx Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum sosial şəbəkədə yeni atraksiondan görüntülərini yayımlayıb.

Vəliəhd dünyanın ən hündür yerində inşa edilən atraksionda qəhvə içdiyi anları şəxsi instaqram hesabında yayımlayıb. Onun bu videosuna qısa müddətdə yüz minlərlə bəyənmə gəlib. 

Qeyd edək ki, 250 metr hündürlüyü olan "Dubai Eye" aktraksionu "Bluewaters" adasında yerləşir. O, Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən və hündürlüyünə görə Avropada ən yüksək fırlanan əyləncə çarx olan "London Eye"ı geridə qoyub. Onun hündürlüyü 135 metr təşkil edir.

BAKU.WS
VİDEO