SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktrisa Pərvin Abıyeva sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, Abıyeva şəxsi instaqram hesabında Ukraynada həbs olunaraq Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı foto yayımlayıb.

Aktrisa paylaşdığı şəkilə bu sözləri əlavə edib:

"İlahi ədalət və dövlətimizin ədaləti. Bu qədər insanın haqqına girməyin axırı nə olmalı idi?".

Daha sonra aktrisa "Vağzalı" mahnısının fonunda onun həbs görüntülərini yayaraq “Biz də öz növbəmizdə vağzalı sədaları altında bəyimizi yola salırıq” qısa şərhini yazıb.

Məlumat üçün bildirək ki, Maqsud Mahmudov Pərvin Abıyeva haqqında təhqiredici və şəxsiyyəti alçaldan açıqlamalar verərək, bu fikirlərini youtube sosial platformasında yayımlayıb.

 

BAKU.WS