SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin səhhəti ağır olaraq qalır.

Bu haqda BAKU.WS-ə sənətçinin kürəkəni Razim Qarayev məlumat verib. O bildirib ki, hələ ki səhhətindən heç bir irəliləyiş yoxdur:

“Səhhəti dünənki kimidir. Həkimlər dedilər ki, ola bilsin onu bu gün süni tənəffüs aparatından ayırsınlar. Onun qan təzyiqi, şəkərini normada saxlamağa çalışırlar. Həyat yoldaşı da onunla eyni xəstəxanadadır. Onun vəziyyəti yaxşıdır. Hazırda müalicə alır”.

Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı modul tipli xəstəxanasından müğənninin 80% oksigen dəstəyi aldığı haqqında məlumat verilib.

BAKU.WS