Safura Əlizadə: “Yaşatdığın əzabla sən də yan!” - VİDEO

13
avq
2021
10:32
Avroviziya təmsilçilərimizdən olan Safura Əlizadə yeni klip təqdim edib.
BAKU.WS xəbər verir ki, ailə qurduqdan sonra sənətdən uzaqlaşan Safura “Ağla” mahnısına çəkdirdiyi klipini sevənlərinin ixtiyarına verib.
Lirik kompozisiyanın sözləri Zülfi Bədəlova, musiqisi isə Elvin Musayevə aiddir.
Ekran işində Safura qara və açıq çəhrayı rəngli iki libas geyinib.
Bakıda lentə alınan klipin rejissorluğunu Mircəlal Kəngərli edib. Mahnı ifaçının "Möcüzə" adlı albomuna daxildir.
“Ağla” 20 milyondan çox abunəçisi olan “Net D” musiqi platrormasına yerləşdirilib.
Oxşar xəbərlər
Məşhurların Avroviziya şərhi: “Həmin gün Samirənin günü deyildi”
Bu il Niderlandın Rotterdam şəhərində keçirilən 65-ci “Avroviziya” Mahnı Müsabiqəsində təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 65 xal qazanaraq 20-ci...