Müğənni Damla bir müddət əvvəl Əməkdar artist Elza Seyidcahanla aralarında yaşanan qalmaqaldan danışıb.

BAKU.WS xəbər verir ki, “10-da görüşək” proqramına qonaq olan sənətçi onu “bayağı ifaçı” adlandıran Seyidcahana hörmət etdiyinə görə cavab qaytarmadığını bildirib:

"Elza Seyidcahan mənim adımı çəkərək ünvanıma sözlər deyib. Yaşın böyük olması, Arif Məlikov tələbəsi olmağı qarşımı kəsdi. Düşündüm ki, ona zəng edib nə deyəcəm? Yaşıdlarım arasında kimləsə problem yaşasam, zəng edərəm. Təhdid, şantajla yox, ortaq məxrəcə gələrəm ki, nədir problem?

Mən şəxsən çıxıb efirdə heç bir müğənninin bəsit ifasını tənqid etməmişəm. Ola bilər ki, ad aldıqdan sonra insanın şərəf və ləyaqətinə toxunmadan, onu qırmadan bunu deyərəm.

Amma balta, bıçaqla qırıcı sözlər demərəm. Hamımızın evdə valideyni, məktəbə gedən övladı var. Haqqımda bir xəbər çıxan kimi anam üçün narahat oluram. Şəkər xəstəsidir, olmaz. Kiminsə məktəbli uşağına niyə kənardan desinlər ki, "anana, atana bunu dedilər".

Bizim şou-biznesdə çatışmayan cəhət odur ki, hər bir nifrəti, kini ekranda qusuruq. Efirdə şirə dönüb, hamımızı alçaldırıq. Niyə? Kiminləsə probleminiz varsa, telefonumuz var, zəng edib aydınlaşdırın".

BAKU.WS