SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, “Onun sirri” proqramına qatılan Pərvin baş tutmayan evliliyi haqqında ilk dəfə açıqlama verib. O, uzun illər sevdiyi şəxsin son anda onunla evlənmək fikrindən daşındığını bildirib:

“Həmin vaxtlar depressiyaya düşmüşdüm. Çox haqsız ayrılıq yaşadım. Gəlinliyimə qədər hazır idi. Nikah üçün müraciət də etmişdik.

Hər şey hazır idi. Biz onunla sevgili olanda mənim 19 yaşım var idi. Ayrılanda isə 27 yaşım...

Aramızda böyük sevgi olub. Amma bu, evlilikdən qorxdu. Düşünürəm ki, ona çoxlu təzyiqlər oldu”.

BAKU.WS
VİDEO