Putin və Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp telefon danışığı aparıblar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Qeyd olunub ki, onlar Ukrayna ətrafındakı vəziyyəti və ABŞ nümayəndələri Cared Kuşnerlə Stiv Uitkoffun Moskva və Kiyevə səfərlərinin yekunlarını müzakirə ediblər.
Onun sözlərinə görə, bir saat davam edən danışıqlar konstruktiv və açıq olub, lakin məxfi xarakter daşıyıb.
"Liderlər Kuşner və Uitkoffun sentyabrın 5-6-da Moskva və Kiyevə baş tutmuş səfərləri barədə fikir mübadiləsi aparıblar", - Uşakov qeyd edib.
O bildirib ki, ABŞ nümayəndələrinin səfərinin yekunları Kremldə müsbət qiymətləndirilib, bu istiqamət üzrə əlaqələr davam etdiriləcək.
Söhbətin əsas mövzularından biri Rusiya-Ukrayna münaqişəsinin nizamlanması olub. Tramp onun tezliklə başa çatmasının zəruriliyini vurğulayıb, bu da Rusiya və ABŞ arasında münasibətlərin tam normallaşması üçün perspektiv aça bilər.
Uşakovun sözlərinə görə, ABŞ lideri öz prezidentlik müddəti ərzində irəliləyişə nail olmaqda maraqlıdır. Putin isə, Moskva və Vaşinqton arasında tərəfdaşlığın inkişafını dəstəkləyərək, Trampın Ukraynada münaqişənin nizamlanması yollarının axtarılması üzrə səylərini müsbət qiymətləndirib.
Oxşar xəbərlər
ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır
Asiya İnkişaf Bankı (ADB) Xəzər dənizi və Qara dəniz akvatoriyasında liman infrastrukturuna investisiya yatırılmasının perspektivli istiqamətlərini, dəniz nəqli...