13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Ateist olan ingilis modeli Rossi Sofi islamı qəbul etdikdən sonra ərəb dünyasının məhəbbətini qazanıb.

 

BAKU.WS-in məlumatına görə, "Dünya müsəlmanları gözəli” adını qazanan Rossi Sofi İslam dininin çox gözəl olduğunu bildirib.


Xristian ailəsində doğulan Rossi Sofi heç vaxt Allaha inanmayıb. Mətbuatda ateist kimi tanınan model İslam dininin qanunlarını öyrəndikdən sonra müsəlmanlığı qəbul edib.

Müsəlmanlığı qəbul edən gözəl model qısa zaman ərzində ərəb dövlətlərində rəğbət qazanıb. Hətta ərəb şeyxləri onunla görüşmək üçün böyük sərvət xərcləməyə hazır olduqlarını bildiriblər. Onunla görüşmək üçün ərəb şeyxləri "Dünya müsəlmanları gözəli”nə təkliflər edirlər.

Livan telekanallarından birindən də Rossi Sofiyə sərfəli iş təklifi gəlib. Təklifi qəbul edən gözəlçə Livana getməyi planlaşdırır.

Ziya Səccad

BAKU.WS