SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yanacaqdoldurma məntəqəsinin sahibi stilist Samir Əliyevi (Samiraldo) məhkəməyə verir.

BAKU.WS məlumat verir ki, bu barədə "Qafqazinfo”-ya stilistin özü açıqlama verib. 

Samiraldo bildirib ki, buna səbəb onun instaqram da paylaşdığı videolarda həmin şəxsin adını çəkməsi olub.

"Mən maşın aldığım gündən cəmi bir yanacaqdoldurma məntəqəsinə gedirəm. Hər dəfə ora gedəndə məni ələ salırdılar. İşçilərin belə hərəkətlərinə görə əsəbiləşirdim. Bir gün Tbilisi prospektində yerləşən İST Petrolun rəhbəri Misir müəllimin yanına getdim. Dedim ki, Misir müəllim, sizin işçilər məni niyə təhqir edib ələ salırlar? O da cavab verdi ki, fikir vermə, belə şeylər çox ola bilər. Mən də dedim ki, eyib olmaz, ona sübut edərəm ki, tanınmış insan necə olur.

Hər dəfə həmin yanacaqdoldurma məntəqəsinə gələndə özüm üçün videolar çəkməyə başladım. Bir gün də həmin yerdə işçilərlə söhbətimi lentə aldım, instaqramda paylaşdım. Misir müəllimin adı da videolarda hallanırdı. Dünən benzin doldurmağa getmişəm, mənə dedilər ki, sən Misir müəllimin şərəf və ləyaqətini alçatmısan, bu səbəbdən səni məhkəməyə verəcək. Mən də dedim ki, mən sizi məhkəməyə verə bilərəm. Siz məni ələ salıb təhqir etmisiz. Videoda Misir bəyin üzünü filan göstərməmişəm. Sadəcə olaraq adını çəkmişəm”.
 
BAKU.WS