Müğənni Roza Zərgərli ilə həmkarı Rəhim Rəhimli arasındakı qalmaqal yenidən alovlanıb.

BAKU.WS xəbər verir ki, Roza “Atv maqazin onlarla” verilişinə müsahibəsi zamanı Rəhimin onun haqqında səsləndirdiyi fikirlərə cavab verib. O, həmkarının dediklərini təkzib edib:

“Rəhmətlik dostumuz Rüfətin klipində də bir yerdə olmuşuq. Necə olur ki, sən məni həyatında cəmi dörd dəfə görmüsən? Studiyada, mahnı bəstələnəndə, söz bölünəndə, klip çəkiləndə...

Bunları hesablasan, biz elə 4 dəfə burada görüşmüşük. Ondan sonra da illər boyu görüşmüşük. Nə tez unutdun bizləri?

Mən sənin evinə gələndə xaricdən yeni qayıtmışdın. Nə proqramın var idi, nə də ki hitlərin… Mahnı satıb özünü dolandırırdın. O vaxtlar sənin müğənnilərə ehtiyacın var idi.

Konsertimdə çıxış edən musiqi qrupunun borcunu verməmişdim. Bəlkə, Rəhim deyərdi ki, dostumun pulu yoxdur, verim, bu borcu bağlayım.

Olmayan borcumu indi ödəmək istəyir, amma iki il gecikib. O nə tamaşa, nə oyun idi. Sənin üçün Şekspir ağlayır. Allah sənə rəhmət etsin, Rəhim, sən diri-diri rəhmətliksən”.

Qeyd edək ki, bir neçə gün əvvəl Rəhim müsahibəsi zamanı həmkarı Rozanı cəmi 4 dəfə gördüyünü, onunla ailəvi gəliş-gedişi olmadığını və konsertində çıxış edən musiqi qrupunun pulunu ödəmədiyini bildirib.

BAKU.WS