Həftənin ilk iş gününün ulduz falı - 15 oktyabr

Həftənin ilk iş gününün ulduz falı - 15 oktyabr
Şou-biznes 2
BAKU.WS bazar ertəsinin - 15 oktyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - Çətin, qarışıq gündür. Bu gün çevrənizdəki insanlarla, xüsusilə də işdə rəhbərliklə kəskin mübahisələr etməyin. Həddən artıq təşəbbüskar olmayın. Situasiyanı adekvat dəyərləndirin. İdeyalarınızın dərhal anlaşılacağına, dəstəklənəcəyinə ümid etməyin. Axşam saatları mühüm görüş üçün əlverişli deyil.Buğa - Qəfil təkliflərə aldanmayın. Avantüralar fəaliyyət uğurlarınızı heçə endirə bilər. Enerjilisiz, yeni layihənin reallaşdırılmasına başlaya bilərsiz. Gərəkli nəticəni əldə etmək üçün aktiv olun. Cədlərinizin effektiv alınması üçün proseslərlə bağlı mümkün qədər çox məlumat toplayın. Yaxşı tanımadığınız insanlara etibar etməyin.Əkizlər - Harmonik gündür. İnsanlarla ünsiyyətdə heç bir problem yaşamayacaqsız. Qarşıya qoyduğunuz məqsədə çatmaq üçün mövcud imkanlardan və münasib vasitələrdən istifadə edin. Axşam saatları romantik abu-hava istisna edilmir. Yeni tanışlıqlar sizdə xoş əhval-ruhiyyə yaradacaq.Xərçəng - Məntiqinizdən çox intuisiyanıza güvənin. Lakin illüziyaları reallıq saymayın. Həllini gözləyən problem və məsələləri təxirə salmayın. Uzun zamandır təxirə saldığınız çətinlikləri aradan qaldırmaq üçün təcili qərarlar vermək məcburiyyətində qalacaqsız. Vədlərinizi və öhdəliklərinizi unutmayın. Axşam saatlarında hisslərə qapılaraq emosiyaların əsrinə çevrilməyin. Şir - Gərgin gündür. Yaxın ətrafınızdakı insanlarla dil tapmaq üçün səy göstərməli olacaqsınız. Sizi düzgün anlamırlar, hətta inanmayanlar da var. Bu vəziyyət sizi özünüzdən çıxaracaq. Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri bağışlayır. Onların sizdən nə gözlədiklərini anlaya bilməycəksiniz. Qız - Gün bol sürprizlər vəd edir. İşgüzar danışıqlar, müzakirələr, bacarıqların nümayişi üçün əlverişli zamandır. Hadisələrin axarı pozitiv və ya mənfi ola bilər. Hər şey sizdən asılıdır. Çalışdığınız insanların məramlarına fikir verin. Münasibətləri balanslaşdırın. Yollarda ehtiyatlı olun. Axşam saatlarında sakit istirahət edin.Tərəzi - Həlli gecikmiş məsələlər çoxdur. İşləri tez başa vurmaq üçün mütəxəssislərə müraciət edin. Belə etsəniz gəlirləriniz artacaq. İşgüzar təmaslarda peşəkarlıq nümayiş etdirin. Gərgin vəziyyətdə emosiyalarınıza hakim olmağı bacarın. Şəxsi müstəvidə yeni tanışlıq və ya köhnə tanışlardan biri ilə romantik görüş istisna edilmir.Əqrəb - Sakit gündür. Çox enerji tələb edən işin icrasına başlamazdan əvvəl imkanlarınızı, potensialınızı düzgün dəyərləndirin. Qüvvənizin bəs edəcəyi işlə məşğul olun. Enerjinizin azaldığınızı hiss edəcəksiniz. Ailədəki gərgin durum əsəblərinizi tarıma çəkə bilər. Şəxsi problemləri gün ərzində unutmaq istəyirsizsə, işgüzar fəallığınızı artırın. Axşam saatları romantik anlar vəd edir.Oxatan - Risklərdən qorxmayın. Eksperimentlərə başlamaq olar. Cəsur addımlar atın. Amma tələsik qərarlar verməyin. Məqsədə çatmaq üçün mövcud şəraitin imkanlarından istifadə edin. Rəqibləri üstələmək üçün bütün vasitələrə əl atın. Tərəfdaş və şəriklərlə kollektiv fəaliyyət uğur vəd edir. Mübarizə sərtləşəcəyindən diqqətli davranın. Həddən artıq risk etsəniz, malik olduğunuzu itirə bilərsiniz.Oğlaq - Gərgin gündür. Yeni sifariş və ya tapşırıq xeyli vaxtınızı ala bilər. Problemlərin həlli üçün kimsədən yardım gözləməyin. Özünüzə, daha doğrusu indiyədək qazandığınız təcrübələr karınıza gələcək. Karyera müstəvisində irəliləmək üçün soyuqqanlı, təmkinli qərarlar qəbul edin. Müzakirələr və sənədləşdirmə işləri üçün əlverişli zaman deyil. Dolça - Rasional və soyuqqanlı olun. Həddən artıq fiziki qüvvə və vaxt tələb edən işi müvəqqəti təxirə salmaq mümkündür. Daha çox gəlir əldə etməyə can atın. Yaxın insanlarla məsləhətləşəndən sonra layihəni icra etməyə, sifarişi yerinə yetirməyə başlayın. Balıqlar - Ehtiyatlı və diqqətli olun. Baş verənlər nəzərinizdən yayınmasın. Təxribatlara aldanmayın. Mövcud qaydalara riayət edin, qanunları pozmayın. Kənar təsirlər işinizdə fəsadlar yarada bilər. Şübhə, narahatlıq, təşviş yaranacaq. Bədbinliyə qapılmayın, hər şey gözəldir. Şübhələriniz özünü doğrultmayacaq. BAKU.WS

Oxşar xəbərlər

Günün ulduz falı - 11 oktyabr

Günün ulduz falı - 11 oktyabr

BAKU.WS cümə axşamının - 11 oktyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - İşdə ciddi uğurlar qazanacaqsınız. Çox mürəkkəb məsələlərin öhdəsindən asanlıqla gəl...

2729 Şou-biznes 00:05 11 oktyabr 2018

Son xəbərlər