SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sosial şəbəkələrdə yayılan “Sənin üçün ölüb, bizim üçün ölməyib” videogörüntüsü müzakirə edilib.

BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, iclasda həmin dairə üzrə namizəd Ramin Göyüşovun şikayəti barədə məlumat verən MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, videogörüntü 107 saylı Qazax seçki dairəsində qeydə alınıb.

MSK üzvü qeyd edib ki, həmin videoda öldüyü deyilən vətəndaş ölməyib: “Sadəcə həmin şəxs bir neçə müddət bundan əvvəl rayondakı evindən övladını götürərək Bakıya köçüb. Videonu çəkən şəxs həmin qadının öldüyünü məcazi mənada deyib. Biz həmin görüntüləri araşdırıb və bir neçə mənbədən təsdiqləmişik ki, həmin qadın həyatdadır”.

BAKU.WS