SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərkəzi Seçki Komissiyası (MSK) ikili vətəndaşlığı olan şəxsin namizədliyini ləğv edib.

BAKU.WS secki-2020.az-a istinadən xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında məlumat verilib.

İclasda 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Rəşad Camalov mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.

BAKU.WS