MSK Yavər Camalovun oğlunun namizədliyini ləğv etdi
05
fev
2020
16:54
Mərkəzi Seçki Komissiyası (MSK) ikili vətəndaşlığı olan şəxsin namizədliyini ləğv edib.
BAKU.WS secki-2020.az-a istinadən xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında məlumat verilib.
İclasda 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, Rəşad Camalov mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.
Oxşar xəbərlər
Azərbaycanda bu xanım deputatlığa namizəd oldu - FOTO
Müğənni-aparıcı Mehriban Məmmədzadə də deputatlığa namizədliyini irəli sürüb. BAKU.WS redaktor.az-a istinadla xəbər verir ki, o, 106 saylı Tovuz-Qazax Ağstafa s...