Qeydiyyat yerini dəyişən seçicilərin nəzərinə! - Müddət sabah başa çatır
Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkilərində seçiciyə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatır.
BAKU.WS-in secki-2020.az saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasında parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr Səsvermə gününə 3 gün qalanadək, yəni 2020-ci il fevralın 6-dək verilməlidir.
Fevralın 6-da həmçinin seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatır.
Oxşar xəbərlər
Xarici müşahidə missiyası Azərbaycanda fəaliyyətə başladı
Şanxay Əməkdaşlıq Təşkilatından (ŞƏT) müşahidə missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq və birbaşa onun keç...