Çempionlar Azər Quliyevi dəstəkləyir - VİDEO

Deputatlığa namizəd Azər Quliyev tanınmış idmaçılarla görüşüb.
Görüşdə ikiqat Avropa çempionu, dünya çempionu, ikiqat Olimpiya mükafatçısı Rövşən Bayramov, dünya və Avropa çempionu Eldəniz Əzizli, dünya və Avropa çempionu Həsən Əliyev, Avropa çempionu, dünya mükafatçısı, İslam oyunlarının qalibi Elvin Mürsəliyev, Olimpiya mükafatçısı Emin Əhmədov və Avropa çempionu, dəfələrlə dünya mükafatçısı Rafiq Hüseynov iştirak ediblər.
Cənab Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasəti, xüsusi ilə idmana göstərilən qayğı haqda söhbət açıldı. İdmançılar Azər Quliyevin layiqli millət vəkili olacağına, seçiciləri və bütün Azərbaycan xalqını uğurla təmsil edəcəyinə inamlarını ifadə etdilər.
Çempionlar bildirdilər ki, platfomada gənclərin şəxsi inkişafı, sağlam həyatı, təhsil və tərbiyəsinə böyük önəm verilməsi təqdirəlayiqdir.
Bu səbəbdən də Azər Quliyevə dəstək verdiklərini bəyan etdilər.
Oxşar xəbərlər
Azərbaycanlı dünya çempionu oteldən oğurluq edib - Görün nə aparıb? - VİDEO
3 qat dünya çempionu, 2014-cü ilin Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı Hacı Əliyev CBC Sport-da yayımlanan "Sportlike" rubrikasının...
