Ailəsinə ən çox bağlı 2 BÜRC - Ata-ana sözü onlar üçün qanundur

Ailəsinə ən çox bağlı 2 BÜRC - Ata-ana sözü onlar üçün qanundur
Digər 16384

Astroloji dünyada bəzi bürclər var ki, onların nümayəndələri valideynlərinə sonsuz hörmət və bağlılıqla tanınır. Ata-ananın bir kəlməsi onlar üçün qanun, ailənin razılığı isə ən böyük güvəndir.

BAKU.WS xəbər verir ki, mütəxəssislərə görə, ailəyə ən çox bağlı olan iki bürc Oğlaq və Xərçəngdir.

Oğlaq – məsuliyyətin simvolu

Oğlaq bürcü övladları uşaqlıqdan etibarən ciddi, məsuliyyətli və nizam-intizamlı olurlar. Onlar valideynlərinin gözündə "arxayın ola biləcəyimiz uşaq" obrazını layiqincə daşıyırlar. Ata-ana dedisə, Oğlaq yerinə yetirəcək. Hətta şəxsi arzularını belə ailəsinin rifahı naminə kənara qoymaqdan çəkinməzlər.

Xərçəng – ailə ürəyinin mərkəzində

Xərçəng bürcləri isə emosional bağlılığın zirvəsində dayanır. Onlar üçün ailə sadəcə qan bağı deyil, ruhun istirahət etdiyi yerdir. Ana sözünü dua, ata məsləhətini isə yol göstərici kimi qəbul edirlər. Xərçənglər valideynlərini qorumağa və onlara qayğı göstərməyə ömürlük məsuliyyət kimi yanaşırlar.

Astroloqlar bildirirlər ki, bu iki bürc ailə dəyərlərinin daşıyıcısı və qoruyucusudur. Onlar üçün ata-ananın razılığı olmadan verilən qərarlar yarımçıq sayılır.

Oxşar xəbərlər

İyulda cekpot bu bürclərin olacaq

İyulda cekpot bu bürclərin olacaq

2025-ci ilin iyul ayı bəzi bürclər üçün pul, uğur, gözlənilməz qazanc və taleyin qəfil dönüş nöqtəsi olacaq. Ulduzlar göstərir ki, bu bürclər "cekpot" effekti y...

249 Digər 23:59 05 iyul 2025

Son xəbərlər