Ailəsinə ən çox bağlı 2 BÜRC - Ata-ana sözü onlar üçün qanundur

Ailəsinə ən çox bağlı 2 BÜRC - Ata-ana sözü onlar üçün qanundur
Digər 16439

Astroloji dünyada bəzi bürclər var ki, onların nümayəndələri valideynlərinə sonsuz hörmət və bağlılıqla tanınır. Ata-ananın bir kəlməsi onlar üçün qanun, ailənin razılığı isə ən böyük güvəndir.

BAKU.WS xəbər verir ki, mütəxəssislərə görə, ailəyə ən çox bağlı olan iki bürc Oğlaq və Xərçəngdir.

Oğlaq – məsuliyyətin simvolu

Oğlaq bürcü övladları uşaqlıqdan etibarən ciddi, məsuliyyətli və nizam-intizamlı olurlar. Onlar valideynlərinin gözündə "arxayın ola biləcəyimiz uşaq" obrazını layiqincə daşıyırlar. Ata-ana dedisə, Oğlaq yerinə yetirəcək. Hətta şəxsi arzularını belə ailəsinin rifahı naminə kənara qoymaqdan çəkinməzlər.

Xərçəng – ailə ürəyinin mərkəzində

Xərçəng bürcləri isə emosional bağlılığın zirvəsində dayanır. Onlar üçün ailə sadəcə qan bağı deyil, ruhun istirahət etdiyi yerdir. Ana sözünü dua, ata məsləhətini isə yol göstərici kimi qəbul edirlər. Xərçənglər valideynlərini qorumağa və onlara qayğı göstərməyə ömürlük məsuliyyət kimi yanaşırlar.

Astroloqlar bildirirlər ki, bu iki bürc ailə dəyərlərinin daşıyıcısı və qoruyucusudur. Onlar üçün ata-ananın razılığı olmadan verilən qərarlar yarımçıq sayılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir?

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir?

2026-2027-ci tədris ilinin başlanmasına sayılı günlər qalıb. Ailələrin əsas qayğılarından biri isə məktəb alış-verişidir. BAKU.WS Baku TV-yə istinadla xəbər ver...

10 Digər 17:49 27 avqust 2026

Son xəbərlər