Unibank təqaüdçülər üçün 0% komissiyalı kredit kampaniyası keçirir

Unibank təqaüdçülər üçün 0% komissiyalı kredit kampaniyası keçirir
Promo 4164

Təqaüdçülər üçün sərfəli kredit şərtləri təklif edən Unibank, növbəti kampaniyasını elan edib. İndi “Unibank”da təqaüdçülər üçün kredit komissiyasızdır.

Fevralın 29-dək “Unibank”dan kredit götürən bütün təqaüdçülər, 20.000 AZN-dək krediti 0% komissiya ilə əldə edə biləcəklər. Kampaniyadan rəsmi gəliri 100 manatdan başlayan hər bir təqaüdçü faydalana bilər.

Kampaniya dövründə “Unibank”dan krediti götürmək təqaüdçülərə xüsusi üstünlüklər verir:

- komissiya 0%;

- kreditin maksimal məbləği 20.000 AZN-dək;

- sığorta xərci yoxdur;

- zamin tələb olunmur;

- 48 ayadək ödəniş müddəti;

- cəmi 19 AZN-dən başlayan aylıq ödəniş;

- kreditin ödəniş tarixini müştəri özü təyin edir;

- kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.

Krediti banka gəlmədən:

  • 050 778 8117 whatsapp nömrəsinə yazaraq;
  • “Kredit” sözünü sms ilə 8117-yə göndərməklə;
  • 117 məlumat mərkəzinə zəng edərək;
  • Unibank Mobile tətbiqindən istifadə edərək;
  • unibank.az saytından (https://unbk.az/2PgNi30) onlayn sifariş etməklə əldə edə bilərsiniz.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir. Həmçinin bankın paytaxt və bölgələrdə yerləşən bu filialları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:

Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 13 saylı filial (“İnşaatçılar”); “Nərimanov” filialı; “Əcəmi”; “Neftçilər”; 10 saylı filialı (“Əhmədli”); 17 saylı (“Sahil”); 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”.

Region filiallarından: “Gəncə”; “Kəpəz”; “Salyan”,“Mingəçevir”.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

Unibank - hər kəsin bankı!

Son xəbərlər