Ölkəmizin yeni uğuru - Azərbaycan yüksək texnologiyalı dərman vasitələrinin istehsalına başlayır
Azərbaycanın ilk elmi əsaslı əczaçılıq şirkəti olan “Parla Pharmaceuticals” əhalinin tələbatını ödəmək və ixrac məqsədilə yerli dərman preparatlarının istehsalına başlaması barədə rəsmi açıqlama verib. Klassik dərman vasitələri ilə yanaşı yüksək texnologiyalı dərmanların istehsalı da planlaşdırılır. Bütün dərman vasitələri Avropa və Amerika əczaçılıq standartlarına cavab verəcək.
İlkin mərhələdə 100-dək adda dərman vasitələri istehsal olunacaq, növbəti 5 il ərzində isə bu say 400-ə çatacaq. Bu məhsullar arasında klassik dərmanlarla yanaşı, müasir biotexnoloji və nanotexnoloji vasitələrin də olması planlaşdırılır.
“Bizim məqsədimiz innovativ və yüksək texnologiyalara əsaslanan dərmanlarla əhalinin tələbatını tam ödəmək və həmin preparatların ölkə xaricində satışını təşkil etməkdir. Bununla da biz ölkənin əczaçılıq sənayesini gücləndirəcək və pasiyentlərin münasib qiymətə keyfiyyətli dərman məhsullarına əlçatanlığını dəstəkləyəcəyik və yerli istehsalı təşviq etməyə nail olacağıq.
Dərman preparatlarının yerli istehsalı təkcə səhiyyədə deyil, ümumiyyətlə, ölkə iqtisadiyyatında müsbət meylləri gücləndirməyə xidmət edəcək. Hörmətli prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusilə son dövrlərdə yerli istehsala dəstək istiqamətində atdığı addımlar bizi bu sahədə inamla irəliləməyə daha da ruhlandırır. Əminəm ki, “Parla” qısa zamanda “Made in Azerbaijan” brendi kimi dünya bazarında tanınacaq”, - deyə “Parla Pharmaceuticals” şirkətinin direktoru Araş Nosrati Heravi qeyd edib.
Oxşar xəbərlər
Yelo Bankın sədri: "Biznesi aktivləşdirmək vaxtıdır!" - MÜSAHİBƏ
Bəşəriyyət yeni çağırışla üz-üzədir: pandemiya milyardlarla insanın həyatını dəyişdi. Bu şəraitdə transformasiya olunmağı bacarmaq, dəyişikliklərdən qorxmamaq v...