KitKat fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar
Bu payız KitKat Formula 1® həyəcanını Azərbaycandakı azarkeşlərə daha da yaxınlaşdırdı. Brendin keçirdiyi kampaniyanın üç qalibi Bakıda baş tutan Azərbaycan yarışını tribunadan canlı izləmək və Formula 1® atmosferini yerində yaşamaq imkanı qazandı.
Aktivasiya KitKat və Formula 1® arasında motorsport həvəskarları üçün unudulmaz təcrübələr yaratmaq məqsədilə iki ikonik brendi bir araya gətirən rəsmi tərəfdaşlıq çərçivəsində həyata keçirilib. KitKat Formula 1®-in Rəsmi Şokoladıdır.
KitKat və Formula 1® arasındakı rəsmi tərəfdaşlıq dünyanın müxtəlif ölkələrində istehlakçı aktivliklərini, promo hədiyyələri və azarkeşlər üçün immersiv təcrübələri əhatə edir.
Yerli kampaniya çərçivəsində iştirakçılar KitKat qablaşdırmalarını toplayaraq kampaniyaya qoşulurdular. Mexanikanın əsas elementlərindən biri interaktiv "F1® Lights Out" reaksiya sınağı idi. Bu sınaq yarış startında pilotların yaşadığı anı təqlid edirdi: tras üzərindəki beş qırmızı işıq söndüyü anda iştirakçı mümkün qədər sürətli reaksiya verməli idi. Yarış biletlərindən ibarət əsas mükafatla yanaşı, iştirakçılar KitKat və Formula 1® birgə brendinqli hədiyyələr də qazana bilirdilər.
Kampaniya nəticəsində Azərbaycandan üç qalib müəyyənləşdi - Fərid Əsədzadə, Aygün Əsgərova və Zibeydə İsmayılova. Şəhərin mərkəzində yerləşən küçə trası - Bakı Şəhər Halqasında onlar ilin ən çox gözlənilən idman tədbirlərindən birini minlərlə tamaşaçı ilə birlikdə canlı izlədilər.
"Əslində, bütün bunların başlanğıcında altı yaşlı oğlum dayanırdı. O, KitKat-ı çox sevir və bir gün qablaşdırmanın üzərində fərqli işarələri və Formula 1® loqosunu gördüm. Onda başa düşdüm ki, kampaniya keçirilir. Onsuz da şokoladı onun üçün alırdım, buna görə qablaşdırmaları birlikdə toplamağa başladıq və nəticədə tirajda iştirak etdik. Absheron tribunasında, start-finiş xəttinə və pilotlara bu qədər yaxın olmaq isə tamamilə başqa hissdir - sanki yarışın ritmini birbaşa hiss edirsən", - qaliblərdən biri Fərid Əsədzadə bildirib.
"Formula 1 kimi yüksək səviyyəli tədbirdə iştirak etmək uzun zamandır arzum idi. Supermarketdə F1® loqolu KitKat qablaşdırmalarını görəndə dərhal kodu skan etdim. İlk iki cəhdimdə o qədər həyəcanlı idim ki, startı tez götürdüm. Üçüncü cəhddə isə 0,024 saniyə nəticə göstərərək yeni rekord müəyyən etdim və həmin anda həqiqətən qalib gələ biləcəyimi düşündüm. Yarışı canlı izləmək isə tamamilə fərqli təcrübədir - bolidlər yanından keçəndə onların sürəti insanı sözün əsl mənasında heyrətləndirir", - qaliblərdən Aygün Əsgərova deyib.
"Mən uzun müddətdir Formula 1® azarkeşiyəm. Kampaniya haqqında TikTok-da eşidən kimi iştirak etməli olduğumu düşündüm. Sınaq həm refleksləri, həm də diqqəti həqiqətən yoxlayırdı. Nəticələr açıqlanana qədər daim düşünürdük ki, görəsən kimsə bizim nəticəmizi keçəcəkmi. Qalib olduğumuzu öyrənmək inanılmaz hiss idi. Formula 1-i canlı görmək, pilotları bu qədər yaxından izləmək və tədbirin bütün möhtəşəm atmosferini yaşamaq isə həqiqətən unudulmaz təcrübə oldu", - qaliblərdən Zibeydə İsmayılova bildirib.
KitKat və Formula 1® arasındakı rəsmi tərəfdaşlıq çərçivəsində brend "Have a Break, Have a KitKat" fəlsəfəsini motorsport dünyasına daşımağa davam edir və yeni nəsil azarkeşlər üçün yaddaqalan anlar yaradır.
Formula 1 loqosu, FORMULA 1, F1, GRAND PRIX və əlaqəli nişanlar Formula 1 şirkəti olan Formula One Licensing BV-nin əmtəə nişanlarıdır. Bütün hüquqlar qorunur.
Qalereya
Oxşar xəbərlər
İşimizi şansa buraxmayaq!
Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir? Toyota avtomobilləri keyfiyyəti, dözümlülüyü və etibarlılığı ilə dünyanın m...